Türkiyənin "Beşiktaş" klubu baş məşqçi Şenol Günəşlə anlaşma müddətini artırır. Sportnet.az-ın məlumatına görə, tərəflər 3 illik müqavilə imzalayacaq.
64 yaşlı mütəxəssislə hazırkı anlaşması cari mövsümün sonunda başa çatacaq. Yeni sövdələşmmənin qış fasiləsində imzalanması gözlənilir.
Qeyd edək ki, Şenol Günəş 2015-ci ilin iyunundan "Beşiktaş"da baş məşqçi kimi çalışır. Komandaya gəldiyi ilk mövsüm çempionluq sevinci yaşayan Günəşin komandası hazırda 24 xalla Super Liqada ikinci pillədə qərarlaşıb.












































































