"Neftçi" klubu əvəzedici heyətə göndərdiyi daha bir futbolçusu ilə müqaviləni pozub. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, braziliyalı hücumçu Denilson Pereyradır.
Onunla icarə müqaviləsinə xitam verib. Bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub. "Sambaçı" müqavilə ilə məxsus olduğu İspaniyanın "Qranada” klubuna qayıdıb.
Qeyd edək ki, "Neftçi" daha öncə Katalin Tira və Dario Melnyakla yollarını ayırıb.