1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əli Hüseynov: "Maşallah Əhmədova təyinatı məhkəmə sənədinə əsasən veririk"
"Maşallah Əhmədova təyinat verməyimizdə nə problem var? Onun işi məhkəmədə olsa da, kim bilir ki, sonda nə qərar veriləcək? Məhkəmənin qərarı ilə doğrudan da həbs olunarsa, bununla iş bitər. Ancaq Əhmədov hazırda sərbəstdir, öz işini görür, istədiyi yerə gedir-gəlir. Axı ona bir söz deyə bilmərik. Buna əsasımız yoxdur".
Bu fikirləri Sportnet.az-a açıqlamasında AFFA Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynov bildirib. Azərbaycan Premyer Liqasının XII turunun təyinatları arasında Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədov da yer alıb. Cinayət işi üzrə məhkəmə prosesi davam edən veteran hücumçu bu gün "Qarabağ" - "Kəpəz" oyununda AFFA nümayəndəsi olacaq.
Hüseynovun sözlərinə görə, komitə sədri olduğu ilk vaxtlarda Əhmədova təyinat vermirmiş: "Maşallah məhkəmədən məktub gətirməyənədək belə edirdim. Məktub gətirəndən sonra gördüm ki, bir problem yoxdur. Məhkəmədən bizə sənəd verdilər ki, bütün fəaliyyətləri davam etsin. Bundan sonra ona oyunlar verməyə başladım. Əlimizdə əsasımız, kağımız var və buna görə ona təyinat veririk. Sabah desələr ki, Maşallah Əhmədova oyun vermək olmaz, buna əməl edəcəyik. Qanuna zidd gedə bilmərik. Bizdə AFFA nümayəndələri və hakim-inspektorlar çox olduğundan, hərəsinə ayda 1 dəfə oyun düşür. Eləsi də olur ki, 1 ayda dincəlir".
Komitə sədri onu da bildirib ki, məhkəmə qərarı çıxmayınca kiməsə cinayətkar, oğru deməyə hüquqları yoxdur: "Əhmədovun işi məhkəmədədir. Son qərar çıxar, ondan sonra vəziyyəti bilərik. Günahı sübuta yetirilərsə, oyun almayacaq. Adətən, nəsə bir şey olanda, deyirlər ki, məhkəmə qərar versin, ondan sonra. Qərar isə yoxdur. Tərəflər birinin o birinə şər atıdğını deyir. Məhkəmə yekunlaşandan sonra həqiqəti hamımız biləcəyik. Allaha şükür, Maşallahı hamı tanıyır. Oynayanda hamı sevirdi. İndi nə oldu ki... İşi bir az dolaşıb".
Mehman SÜLEYMANOV