Azərbaycan Premyer Liqasında hazırda davam edən XII turun "Qəbələ" - "Zirə" matçında insident baş verib.
Sportnet.az-ın məlumatına görə, 30-cu dəqiqədə meydan sahiblərinin kapitanı Rəşad Sadiqovla qonaqların oyunçusu Sezar Meza Kolli kəllə-kəlləyə gəlib. Münaqişə zamanı Sadiqov paraqvaylı legionerin başına yüngül zərbə vurub. "Zirə"nin futbolçusu sifətini tutsa da, referi Ömər Paşayev hər iki oyunçuya şifahi xəbərdarlıqla kifayətlənib.
Qeyd edək ki, hazırda hesab açılmayıb - 0:0.