1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"in kapitanı: "Komandamızda həmin istək yoxdur"
"İlk növbədə "Qarabağ"ı qələbə münasibətilə təbrik edirik. O, Azərbaycanın "1 nömrə"li" komandasıdır. İlk hissədə rəqibdən bir az çəkindik. Çünki topu özümüzdə saxlaya bilmirdik". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Kəpəz"in kapitanı Tural Axundov Azərbaycan Premyer Liqasının XII turunda "Qarabağ"a bu gün 0:1 hesabı ilə uduzduqları səfər matçından sonra jurnalistlərə açıqlamasında bildiirb.
Onun sözlərinə görə, ikinci hissədə daha yaxşı çıxış ediblər: "Buna görə sevinirik. Fasilədən sonra öz sözümüzü deyə bildik. Topu özümüzdə saxlayıb qol vəziyyətləri yaratmaq istəyirdik. Buna nail olduq".
Axundov heyətdə problemlərin komnadanın çıxışına mənfi təsir göstərdiyini söyləyib: "Hər oyuna eyni heyətlə çıxmırıq. Çünki itkilərimiz olur. Keçən matçda mən cəza üzündən oynamadım, bu gün Kərim Diniyev. Ona görə oyunlara yaxşı köklənə bilmirik. Zədədən qayıdan Dario Federikonun hazırlıq durumu yaxşı deyil. Bunu məşqçilərimiz daha yaxşı bilər. Gələcəkdə heyətimizi formalaşdırıb daha yaxşı oynayacağıq".
Cinah müdafiəçisi olan kapitan "Qarabağ"a qarşı yeni - dayaq yarımmüdafiəçisi möqveyində oynamasının çətin olduğunu deyib: "Çünki öz mövqeyim deyil. Sağ olsun baş məşqçimiz Şahin Diniyev, mənə etimad göstərdi, Yeni mövqedə oyunu tutmadım. Ümumilikdə pis oynamadım. Komanda yoldaşlarım yaxşı çıxış etdiklərini söylədilər".
Axundov məqsədlərinin Avropa Liqasında çıxmaq olduğunu söyləyib: "Builki komandamız keçənilkindən güclüdür. Amma nədənsə o istək yoxdur. Yəqin ki, rəhbərlik özü də bunu görür. Bəzən bəxtimiz gətirmir. Qışda komandada dəyişikləyə ehtiyac var".
Təcrübəli futbolçu Premyer Liqada çox komandanın oynamasının daha yaxşı olduğunu qeyd edib: "Ona görə ki, bir rəqiblə tez-tez qarşılaşanda psixoloji olaraq sıxılırsan və yaxşı köklənə bilmirsən. Hər oyuna 3 xal üçün çıxırıq. Rəqibin zəif və ya güclü olmasının bizim üçün fərqi yoxdur".