"Qəbələ"nin Avropa Liqasının qrupunda rəqibi olan Almaniyanın "Maynts" klubu Bundesliqada növbəti qələbəsini qazanıb. Sportnet.az-ın məlumatına görə, komanda bu gün XI turda evdə "Frayburq"a 4:2 hesabı ilə qalib gəlib.
"Maynts" matçın əvvəlində 5 dəqiqəyə 2 qol vurub. Oyunun 15-ci dəqiqəsində Niko Banqert, 5 dəqiqə sonra Yunus Mallı (penaltidən) fərqlənib. Son 2 qol isə qarşılaşmanın axırına təsadüf edib. 82-ci dəqiqədə Stefan Bell, 90+3-cü dəqiqədə Kərim Onisivo rəqib qapısına yol tapıb. "Maynts" 11 oyundan 17 xalla turnir cədvəlində 8-ci pillədə yer alıb.










































































