Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayev Ukrayna Premyer Liqasında növbəti oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, müdafiəçi bu gün XV turda Kiyev "Dinamo"su ilə səfər matçında 90 dəqiqə meydanda olub.
Qarşılaşma son çempionun 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Bu, "Stal"ın cari çempionatda 7-ci məğlubiyyəti olub. Pavel Paşayevin komandası 15 oyundan 14 xalla turnir cədvəlində 8-ci pillədə yer alıb.










































































