1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kostadinovun növbəti Azərbaycan sevdası
Bolqarıstanın "Levski" klubunun futbolçusu Georgi Kostadinov yenidən Azərbaycandan dəvət alıb. Sportnet.az-ın Qazaxıstan mətbuatına istindən məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi postsovet məkanının 2 ölkəsindən təklif alıb.
Bunlar Qazaxıstan və Azərbaycan klublarıdır. Hər iki ölkənin təmsilçiləri ona yaxşı maliyyə şərtləri təklif edib. Seçimlə bağlı götür-qoy edən Kostadinov ona dəvət göndərən klubların adlarını açıqlamayıb.
Qazax həmkarlarımızın yazdığına görə, "Levski" ilə müqaviləsi gələn ilin iyununda bitəcək futbolçu qışda karyerasını məhz onların ölkəsində davam etdirəcək. Bolqarıstanın vitse-çempionu müqaviləsi uzatmayacaq Kostadinovu qış "transfer pəncərəsi"ində satacaq.
Xatırladaq ki, Georginin bu yay Qazaxıstan kimi, Azərbaycan variantı da vardı. Ancaq onun agenti Mirço Dimitrov klubla bağlı seçim edə bilməyib. Yarımmüdafiəçi bu mövsüm 13 matç keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.