1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Slovan"ın kapitanı: "Qarabağ"la matç 180 dərəcə fərqli olacaq"
"Yablonets"lə matçda nəticəyə fərdi səhvlərimiz böyük təsir göstərdi. Derbidə uduzduğumuza görə çox məyusuq. Demək olmaz ki, derbiyə motivasiya olmamışdıq. Biz bu prinsipial qarşılaşmada qalib gəlmək istəyirdik". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Slovan"ın kapitanı Lukaş Pokornı klubunun rəsmi saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Çexiya çempionatının son turunda "Yablonets"ə səfərdə 0:3 hesabı ilə uduzdquları matçın ilk hissəsinin uzatma dəqiqəsində penaltidən, fasilədən dərhal sonra isə buraxdıqları 2-ci qol oyunlarına mənfi təsir göstərib: "Komandanın hazırkı durumundan narazıyq. Turnir cədvəlində aşağı pillələrdəyik. Problemdən çıxış yolunu tezliklə taparaq bu acınacaqlı vəziyyətin qarşısını almalıyıq".
Kapitan belə ağır məğluiyyətdən sonra Avropa Liqasına - "Qarabağ"la noyabrın 24-də keçiriləcək vacib ev oyununa köklənməyin çətin olacağı ilə razılaşır: "Lakin biz peşəkarıq və üzərimizə düşəni bilirik. Onu da bilirik ki, Avroliqada qarşıdakı qrup matçı "Yablonets"kə oyundan 180 dərəcə fərqli olacaq".