1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elxan Abdullayev: "Sumqayıt" "Neftçi"yə yerini göstərdi" - MÜSAHİBƏ
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının XII turunda "Sumqayıt"a səfərdə 0:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
Abdullayev öncə qarşılaşma haqda fikirlərini bildirib.
- Rəqibi təbrik edirəm. Oyunumuz alınmadı. Ötürmələrdə xətalar var idi.
- Sadaladıqlarınızın hamısını gördük. Bəs səbəblər nə idi?
- Ehtiyat oyunçular skamyasında oyuna çıxıb kömək edə bilərlər yoxdur. Gənclərdirlər, 1999-cu il təvəllüdlüdürlər. Oyundan əvvəl bilirdim ki, uduza da bilərik. Çünki sabitlik yoxdur. "İnter"i güclü olduğumuz üçün udmadıq. "Sumqayıt"da isə istək var, qaçır, oynayırlar. Çox təhlükəlidirlər. Birində alınır, birində alınmır. Ona görə də belə qeyri-sabit nəticələr olur.
- Qışda komandaya kimləri cəlb edəcəyinizi müəyyənləşdirmisiniz?
- Bəzi futbolçular var ki, qışda almağı düşünürük. Həm yerli, həm də legionerlərdirlər. Amma adlarını çəkmək istəmirik. Meydana çıxanda mübarizə aparmağın lazım olduğunu görməyən futbolçu gələcəkdə oynamayacaq. "İnter"i uddum, "Sumqayıt"ı da rahat udacağam" deyilən bir şey yoxdur. Meydan və tablo "Sumqayıt"ın gücünü, bizə isə yerimizi göstərdi.