"Əslində, AZAL-la oyuna pis başladıq. Rəqib təhlükəli komandadır. Əks-hücumlara yaxşı çıxırlar". Bu fikirləri Sportnet.az-a açıqlamasında "İnter"in futbolçusu İlkin Qırtımov bildirib.
Azərbaycan Premyer Liqasının XII turunda AZAL-a bu gün evdə 3:0 hesabı ilə qalib gəldikləri matçda 2-ci qolun müəllifi olan müdafiəçi şansları maksimum dəyərləndiklərini bildirib: "Rəqib qırmızı aldıqdan sonra işimiz asanlaşdı. AZAL-ın oyunçuları da ruh düşkünlüyü yaşadılar. Qolları vaxtında vurduq".
Qırtımov komanda yoldaşı Slavik Alxasovun rəqib futbolçu Qvanzav Maqomedovla mübahisəli epizodu ilə bağlı bunları söyləyib: "Bəzən futbolda əsəbi oluruq. Anlaşılmazlıqlar olur. Sonra özləri danışıb hər şeyi yoluna qoydular".
Seymur Kərimli