"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsində rəqibi olan "Sent-Etyen" klubu Fransa çempionatında növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Sent-Etyen şəhərinin eyniadlı təmsilçisi XIII turda "Nitsa" ilə az öncə yekunlaşan ev oyununda 0:1 hesabı ilə uduzub.
"Sent-Etyen" 13 oyundan 18 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.








































































