1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ölkə çempionatı 500 milyon dollara satıldı
Futbol üzrə Türkiyə Super Liqasının 2017-ci ildən yayım hüququna sahib olacaq şirkət müəyyənləşib. Sportnet.az-ın Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, bu gün keçirilən tenderin qalibi "Digiturk" şirkəti olub.
Şirkət Super Liqa və 1-ci liqanın qarşıdakı 5 mövsümdə (2017/2018, 2018/2019, 2019/2020, 2020/2021 və 2021/2022) yayımı üçün federasiyaya 500 milyon dollar ödəyəcək.
TFF prezidenti Yıldırım Demirören tenderlə 5 şirkətin maraqlandığını, ancaq bunlardan 2-sinin iştirak etdiyini bildirib.
Qeyd edək ki, 2010-cu ildə keçirilmiş tenderdə yayım hüququ 213.3 milyon dollardan satışa çıxarılıb və "Digiturk" 321 milyon dollar ödəyərək tenderin qalibi olub.