Avropa Liqasının qrup mərhələsinin V turunda "Qəbələ" və Belçika "Anderlext"i arasında keçiriləcək oyundan öncəki mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlanıb. Sportnet.az-ın məlumatına görə, noyabrın 23-də ilk olaraq meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk jurnalisltər önünə çıxacaq.
Ukraynalı baş məşqçi saat 18:15-də media nümayəndələrinin suallarını cavablandıracaq. "Qırmızı-qaralar"ın oyunöncəsi son məşqi saat 19:00-də olacaq.
"Anderlext"in baş məşqçisi Rene Veyler isə saat 19:30-da konfransa qatılacaq. Belçika təmsilçisi son məşqini saat 20:00-da keçəcək.
Qeyd edək ki, noyabrın 24-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Anderlext" matçı saat 20:00-da başlayacaq.








































































