"Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Oğuz Çətin yenidən baş məşqçilik karyerasına davam edə bilər. Sportnet.az-ın məlumatına görə, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.
Bildirilib ki, 53 yaşlı mütəxəssis Türkiyə 1-ci liqasında çıxış edən "Şanlıurfaspor"la anlaşa bilər. Baş məşqçi Ünal Karamanla yollarını ayıran klub rəhbərliyi boş qalmış posta O.Çətini uyğun görüb.
Tərəflər arasında görüşün keçiriləcəyi gözlənilir. Yeni baş məşqçinin adına yaxın gülərdə keçiriləcək klubdaxili iclasdan sonra aydınlıq gələcək.











































































