"Qarabağ" Avropa Liqasının qrup mərhələsində qarşıdakı oyununu keçirəcəyi Çexiyaya çatıb. Bu haqda Sportnet.az-a klubun direktoru Əmrah Çəlikəl məlumat verib.
O, "Slovan"la təmsil etdiyi Liberets şəhərinə yollandıqlarını bildirib: "Bakıdan Praqaya çarter reysilə ilə çatdıq. Hazırda Liberetsə gedirik. Komandada vəziyyət yaxşıdır. Hər şey plan üzrə qaydasında gedir".
Çəlikəl zədəli kapitan Rəşad Sadıqovun da heyətdə olduğunu söyləyib. Millimizin də kapitanı olan 34 yaşlı müdafiəçi qış fasiləsinədək meydana çıxa bilməsə də, belə vacib matçda komandasına mənəvi dəstək olması üçün düşərgədə yer alıb.
Qeyd edək ki, "Qarabağ" noyabrın 24-də "Slovan"la matçda tarixində ilk dəfə qrupdan çıxmasını rəsmiləşdirə bilər.
Mehman SÜLEYMANOV