Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun oyun cədvəli açıqlanıb. Sportnet.az-ın məlumatına görə, tura noyabrın 27-də start veriləcək.
Açılış oyununda "Kəpəz" və "Neftçi" komandaları qarşılaşacaq. Turun mərkəzi görüşündə isə "Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gələcək. 3 günü əhatə edəcək turun bütün görüşlər "CBC Spor" kanalı ilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası, XIII tur
27 noyabr
14:00. "Kəpəz" - "Neftçi"
Gəncə şəhər stadionu
16:00. AZAL - "Sumqayıt"
"AZAL Arena"
28 noyabr
17:00. "Zirə" - "İnter"
Zirə İdman Kompleksinin stadionu
29 noyabr
19:00. "Qarabağ" - "Qəbələ"
"Azərsun Arena"











































































