1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elnur Məmmədov sinxron tərcüməçi oldu
"Neftçi"nin keçmiş icraçı direktoru Elnur Məmmədov yeni vəzifədə ictimaiyyət qarşısına çıxıb.
Sportnet.az-ın məlumatına görə, sabiq klub rəsmisi voleybolçu qadınlar arasında 2017-ci il Avropa çempionatının Azərbaycan və Gürcüstanda keçirilməsi ilə bağlı müqavilənin imzalanma mərasiminə qatılıb. O, bir müddət öncə Azərbaycan Voleybol Federasiyasının idman şöbəsinin müdiri təyin edilib. Lakin mərasimdə E.Məmmədov azərbaycanca, rusca, gürcücə və ingiliscə danışan rəsmi şəxslərin fikirlərini tərcümə edib. Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov isə üzünü Avropa Voleybol Federasiyasının prezidenti Aleksandar Boriçiçə tutaraq, zarafatca "Burada 4 dildə danışdıq. Siz də serbcə danışsanız, tam beynəlmiləl mərasim alınacaq. Amma yaxşı olardı ki, elə ingiliscə danışasınız" deyib.
Qeyd edək ki, Elnur Məmmədov həm ingiliscədən, həm də ruscadan azərbaycancaya və əksinə tərcümələri sinxron edib.