1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın xoşbəxt bilet sahibi olmaq variantları
Avropa Liqasının qrup mərhələsində mübarizə sona yaxınlaşır. Sportnet.az-ın məlumatına görə, turnirdəki təmsilçilərimizdən "Qəbələ"nin şansı ötən tur bitibsə, "Qarabağ” üçün "Slovan”la bugünkü səfər matçı həlledicidir.
Qurban Qurbanovun komandası ötən 2 mövsümdə əldən buraxdığı "pley-off bilet”inə bu dəfə sona 1 tur qalmış sahib ola bilər. Bu isə "Qarabağ”ın futbol tariximizdə növbəti ilkə imza atması demək olacaq. Klublarımız arasında qrupda ən çox iştirak edən, özü də bunu ardıcıl 3 ildir edən məhz Ağdam təmsilçisidir.
Bəs görəsən, bu gün Bakı vaxtilə saat 22:00-da Liberetsdə meydana çıxacaq "Qarabağ” hansı nəticələrin müqabilində 1/16 fnala çıxa biləcək? Gəlin, buna birgə nəzər salaq:
1. "Qarabağ” qalib gələrsə, avtomatik qrupdan çıxır. Bu zaman qrupumuzda digər qarşılaşma olan "Fiorentina” – PAOK matçının nəticəsi heç bir önəm kəsb etmir. Florensiyalılarla son turda ev oyunumuz qrupda 1-2-ci yerləri müəyyənləşdirmək baxımından önəm kəsb edəcək.
2. "Qarabağ” heç-heçə edəcəyi halda da 1/16 finala vəsiqə qazana bilər. Bunun üçün PAOK-un İtaliyada qalib gəlməməyi lazımdır. Yunanlar uduzarsa "Qarabağ"la 4 xallıq fərqi son turda heç cür aradan qaldıra bilməyəcək. Heç-heçə edərsə isə 3 xallıq fərq qalacaq. Ancaq sonda xalların bərabər olması PAOK-un işinə yaramayacaq. Çünki Saloniki klubu təmsilçimizə həm səfərdə (0:2), həm də evdə (0:1) uduzub.
3. "Qarabağ” uduzacağı halda pley-offda iştirak hüququnu indidən əldə edə bilməyəcək. PAOK Florensiyada uduzsa və sıradan çıxsa belə, "Slovan” arzuolunmaz rəqibə çevriləcək. Çünki Bakıda 2:2 hesablı heç-heçə edən çexlər qalib gələcəyi halda şəxsi oyunlara görə ağdamlılardan üstün olacaq və aradakı fərq 3 xala enəcək. Deməli, "Slovan” son turda xalları bərabərləşdirərək "Qarabağ”ı şəxsi oyuna görə qabaqaya bilər. Ancaq bu, elə də asan olmayacaq. Çünki Liberets təmsilçisi bunun üçün Yunanıstanda PAOK-a qalib gəlməli, komandamız isə evdə "Fiorentina”ya uduzmalıdır. Florensiyalılar böyük ehtimalla paytaxtımza 1/16 fnala vəsiqəni təmin etmiş gələcək. Bunun üçün Paolo Souzanın komandasına bu gün PAOK-la qarşılaşmada 1 xal da yetərlidir.
Qurban Qurbanovun komandası qrupdan 1-ci yerlə də çıxmaq şansını saxlayır. Çünki "Fiorentina” ilə aradakı xal fərqi sona 2 tur qalmış 3-dür. İtalyanlar bu gün qalib gələcəyi halda da "Qarabağ”ın lider olmaq şansı qalır. Təbii ki, bunun üçün ilk növbədə Çexiyada qələbəni bayram etməyimiz lazımdır. Bundan sonra isə çox çətin vəzifəni həll etmək – dekabrın 8-də "Fiorentina”ya Tofiq Bəhramov adına Respublika stadionunda 4 top fərqi ilə qalib gəlmək gərəkdir. Axı Florensiyada 1:5 hesabı ilə uduzmuşuq. Bu isə real görünmür.
Ancaq "Fiorentina” PAOK-la səfərdə (0:0) olduğu kimi, evdə heç-heçə edərsə, işimiz nisbətən asan olacaq. Çünki bu zaman xal fərqi 1-ə enəcək və deməli, son turda istənilən hesablı qələbə bizə italyanları keçməyə bəs edəcək. Belə götürəndə, Florensiya təmsilçisinin bu gün yunanlarla uduzması ilə heç-heçə etməsi bizə heç bir fərq etməyəcək. Çünki "Qarabağ” "Fiorentina”ya çatsa belə, şəxsi oyuna görə ondan geri qalacaq. Deməli, "Tofiq Bəhramov”da heç-heçə bizə qane etməyəcək və bu zaman da mütləq qələbə lazımdır.
Mehman SÜLEYMANOV