1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz FİFA reytinqində gerilədi
FİFA yığma komandaların yeni reytinq siyahısını açıqlayıb. Sportnet.az-ın ali futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi komanda 90-cı pillədə qərarlaşıb.
Millinin aktivində 386 xal var. Ötən ay 88-ci pillədə yer alan yığma 2 pillə geriləyib.
Siyahıya 1634 xalla Argentina yığması başçılıq edir. Aktivində 1544 xal olan Braziliya bir pillə irəliləyərək ikinci yerə yüksəlib. 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla eyni - C qrupunda çıxış edən Almaniya yığması isə bir pillə geriləyib. Aktivində 1433 xal olan yığma 3-cüdür.
Millinin digər rəqiblərindən Şimali İrlandiya 858 xalla 10 pillə irəliləyərək 23-cü, Çexiya 671 xalla 3 pillə geriləyərək 43-cü, Norveç 422 xalla 3 pillə geriləyərək 84-cü, San Marino yığması isə 17 xalla 1 pillə geriləyərək 202-ci yerdə qərarlaşıb.
Türkiyə yığması 851 xalla 1 pillə irəliləyərək 24-cü, Rusiya isə 592 xalla 2 pillə geriləyərək 55-ci olub.