1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əliyar Ağayevdən Avroliqada 6 sarı, 1 qırmızı vərəqə - VİDEO
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq matçını idarə edib. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı referi Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyada "Şalke" ilə Fransanın "Nitsa" klubu arasında keçirilən oyunda baş hakim olub. Qarşılaşma almanların 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Oyunda qolları ukraynalı Yevgeni Konoplyanka (14-cü dəqiqə) ilə penaltidən Dennis Aoqo (80-ci dəqiqə) vurub. Ağayev bu matçda 7 dəfə əlini cibinə atmalı olub. Bu vərəqələrdən 6-sı sarı, 1-i qırmızı olub. Hakimimiz 90+3-cü dəqiqədə meydan sahiblərinin qanalı yarımmüdafiəçisi Bernhard Tekpeteyə birbaşa qırmızı vərəqə göstərib. O, "Şalke"də 2, "Nitsa"da 4 futbolçunu sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, Əliyar Ağayevə yan xətdə Zeynal Zeynalovla Rza Məmmədov yardımçı olub. Avropa Liqasında qapı arxasında da hakimlər olduğundan bu fuksiyanı Orxan Məmmədovla Rəhim Həsənov yerinə yetiriblər. Ehtiyat hakim Mübariz Haşımov olub. Ağayev bu ay keçirilən həmin matçda da qırmızı vərəqə göstərmişdi. Sadəcə, onda həmin cəzaya qonaq komanda məruz qalmışdı.