Azərbaycan millisinin futbolçusu Deniz Yılmazın çıxış etdiyi "Bursaspor" Türkiyə Super Liqasının XII turunda bu gün "Qalatasaray"ın qonağı olacaq. Sportnet.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bursa təmsilçisinin əsas heyətində yer alan millimizin üzvünün bu gün də meydana çıxacağı gözlənilir.
"Timsahlar" qələbə qazanarsa, "Fənərbağça" da "Rizespor" səfərindən 3 xalla dönərsə, komanda 4-cü pillədə qalacaq. Belə olan halda "Bursaspor" və "Fənərbağça"nın xal ehtiyatı 24-ə çatacaq.
Məğlubiyyət isə komandanın 5-ci pilləyə enməsinə səbəb olacaq.











































































