1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Almeydadan qayda pozuntusu və Sadiqovun şillələdiyi "paçan" - FOTOLAR
Premyer Liqanın XIII turunun "Qarabağ" - "Qəbələ" oyununda daha bir hakim səhvi qeydə alınıb.
Sportnet.az-ın məlumatına görə, 90+7-ci dəqiqədə qələbə topunu vurduqları vaxt ev sahiblərinin braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda meydanda komanda yoldaşları arasında olub.
Halbuki, legioner qırmızı vərəqə aldığından, meydandan çıxarılmalı, paltardəyişmə otağında yollanmalı idi. Bu isə ilk növbədə ehtiyat hakim Coşqun Həsənovun üzərinə düşən iş olduğundan, daha çox onun xətasıdır.
Baş hakim Rəhim Həsənov Almeyda arenanı tərk etməmiş oyunu davam etdirib. Bunun nəticəsində Riçard sonluğu kənardan izləyib və komandası qələbə topunu vuran kimi meydana daxil olub. Həsənov qoldan sonra mərkəzi göstərsə də, oyunu davam etdirməyib və final fitini səsləndirib. Həmin vaxt "Qəbələ" meydandan çıxmaq istəyirdi və bu klubun rəsmiləri, polislər sahəyə girmişdilər. Baş hakim qalmaqalın daha da böyüməməsi üçün matçı bitirməyi üstün tutdu.
Onu da qeyd edək ki, "Qəbələ"nin ehtiyat qapıçısı Şahruddin Məhəmmədəliyev qoldan sonra "Qəbələ"nin futbolçularına qeyri-etik əl-qol hərəkətləri edib. Qonaqların kapitanı Rəşad Sadiqovun oyundan sonra müsahibəsində nəzərdə tutduğu, itələyib şillə vurduğunu dediyi həmin uşaq, "paçan" məhz əslən Dağıstandan, U-21 yığmamızın da üzvü olan bu qapıçıdır.