Bu gün "Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banisevskinin ölümündən 19 il ötür. Sportnet.az-ın məlumatına görə, keçmiş hücumçu 1997-ci ilin dekabrın 10-da, 51 yaşında vəfat edib.
Banişevski 1964-1978-ci illərdə çıxış etdiyi "Neftçi”nin heyətində çıxış edərək 318 oyunda 136 qol vurub. O, 1966-cı ildə SSRİ çempionatının bürünc medal qazandığı "ağ-qaralar"a karyerasının əvvəlindən sonadək sadiq qalıb. Bu sözlər onun sadiqliyinin göstəricisidir: "Əgər yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım "Neftçi”ni seçərdim”.
"Banya" ləqəbi ilə tanınan futbolçu 1965-1972-ci illərdə şərəfini qoruduği SSRİ yığma komandasında 19 qola imza atıb. Anatoli 1972-ci il Avropa çempionatının gümüş medalını qazanıb.
1981-1982-ci illərdə "Neftçi”nin məşqçisi olmuş Banişevski 1996-cı ildə "Şöhrət ordeni” ilə təltif olunub.
Allah rəhmət eləsin!