"Beşiktaş"la matçımız əslində, planlaşdırdığımız kimi başladı. Rəqibin hücumlarının qarşısını almaqla yanaşı, sürətli əks-hücumlar təşkil edirdik. Həmin dəqiqələrdə 1 qol vurmağımız lazım idi". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmazın çıxış etdiyi "Bursaspor" klubunun baş məşqçisi Hamza Hamzaoğlu bildirib.
Türkiyə Super Liqasının son turunda "Beşiktaş"a səfərdə 1:2 hesabı ilə uduzduqları matç ahqda danışan mütəxəssis Yılmazdan da söz açıb: "Denizin yaxaladığı qol imkanı yüzfaizli idi. Ancaq o, bunu əldən verdi. Bundan başqa da 1-2 şansımız olsa da, istifadə edə bilmədik. Səfərdə bundan daha yaxşısını gözləyə bilməzsiniz. Komanda meydanda əlindən gələni etdi".
Hamzaoğlu qapılarına təyin olunan hər 2 penaltinin şübhəli olduğunu söyləyib: "Bunları vermək də olardı, verməmək də. Eyni epizodlar bizdə olsaydı, penaltilərin veriləcəyini bilmirəm. Bu, komandaya təsir etdiyindən, oyunumuzu itirdik. İlk penaltidən sonra mübarizəmizi davam etdirdik, ancaq qapımıza yenə 11 metrlik cərimə zərbəsi təyin olundu. Buna rəğmən, sonadək mücadilə etdik, 1 qol da vurduq. Ancaq bərabərlik topunu qapıdan keçirə bilmədik. Mən futbolçularımızı oyuna görə təbrik edirəm".