Bir neçə aparıcı futbolçusunun gedişinə rəğmən, "Atletiko" 2014-2015-ci il mövsümündə İspaniya çempionatında titul uğrunda mübarizədə gücünü itirməyəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Dieqo Simeone açıqlama verib.
O bildirib ki, klubdan ayrılanlara əvəz tapılmalı və irəli getmək lazımdır. Simeonenin fikrincə, "Atletiko" öz strukturunu ümumilikdə qoruya bilib: "Ximenes gənc futbolçudur, yüksək sürətə malikdir. Onunla yanaşı, Qrizmann, Raul Qarsiya və Mancukiçlə hücumda ciddi güc ortaya qoyacağıq. Habelə, Miranda, Dieqo Qodin, Qabi, Koke, Mario Suares, Tiaqo Mendeş və Arda Turan kimi aparıcı oyunçular da bizimlə qalıb".
Qeyd edək ki, "Atletiko" ötən mövsüm İspaniya çempionluğunu qazanıb və Çempionlar Liqasında finaladək irəliləyib.