Türkiyənin "Beşiktaş" klubu Ukrayna yığmasının futbolçusu Eduard Sobolu heyətinə qatıb. Sportnet.az-ın məlumatına görə, Luqansk "Zarya"sında çıxış edən müdafiəçi İstanbul təmsilçisində mövsüm sonunadək icarə əsasında forma geyinəcək.
Artıq tərəflər arasında razılıq əldə olunub.
21 yaşlı futbolçu müqavilə ilə Donetsk "Şaxtyor"una məxsusdur. Lakin o, 2013-cü ildən ölkəsind "Metallurq" (Donetsk) və "Metallist" klublarında çıxış edib. Eduard Sobol bu ilin yayından icarə əsasında "Zarya"da çıxış edib.