"Qarabağ"ımız Antalyada təlim-məşq toplanışını davam etdirir. Sportnet.az-ın məlumatına görə, komandanın futblıçusu Coşqun Diniyev məşqdə ayağından zədə alıb.
Yarımmüdafiəçi MRT müayinəsindən keçib və ən azı 1 həftə məşqlərə qatıla bilməyəcəyi məlum olub. Diniyevin 1 həftədən sonra fərdi məşqlərə başlayacağı gözlənilir.