"Fasilə dövründə ilk yoxlama oyunumuzu keçirdik. Futbolçuların indiki durumda vəziyyəti yaxşı ola bilməz. Çünki hazırlıqlara yeni, həm də bir az gecikmə ilə başlamışıq”. Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bildirib.
"Qırmızı-qaralar" Türkiyədə təlim-məşq toplanışında olan ilk yoxlama oyununda Albaniyanın "Partizani” klubuna 1:2 hesabı ilə məğlub olub.
Ukraynalı mütəxəssis istirahət dövründən sonra cəmi iki məşqlərinin olduğunu diqqətə çatdırıb: "Bütün bunları nəzərə alsaq, komanda pis təsir bağışlamadı. Birinci hissə xüsusilə normal oyun nümayiş etdirdik. Fasilədən sonra fərqli heyətlə mübarizə apardıq. Bu üzdən də hər şeyin, o cümlədən oyun quruculuğunun belə görünməsi obyektiv idi. Düşünürəm ki, bu matç bizim üçün faydalı oldu. Bu qarşılaşmada heç bir mənfi məqam görmürəm”.