
Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə XXIX ənənəvi beynəlxalq turnirdə çıxış edən 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması növbəti rəqibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, İran yığması olub.
Asiya təmsilçisi D qrupunda 3-cü yeri tutmaqla 9-16-cı yerlər uğrunda mübarizədə Təbriz Həsənovun yetirmələri ilə görüşəcək. Matç yanvarın 15-də Bakı vaxtilə saat 15:15-də keçiriləcək.
Xatırladaq ki, Azərbaycan yığması C qrupunda 1 xalla sonuncu yeri tutub.