
"İnter"in Antalyadakı təlim-məşq toplanışında daha bir rəqibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Zaur Svanadzenin komandası hazırlıq prosesində ilk olaraq Qazaxıstanın "Ordabası" klubu ilə qarşılaşacaq.
Bu oyun yanvarın 15-də Bakı vaxtilə saat 18:00-da keçiriləcək. "İnter"in digər rəqiblərini bir daha xatırladaq:
18.01.2017 - "Botoşani" (Rumıniya), 19.01.2017- "İstiqlol" (Tacikistan), 21.01.2017 - "Orenburq" (Rusiya)
"Riu Kaya Belek" otelində məskunlaşan "bankirlər" gündə iki dəfə məşq edir.