
İspaniyanın Torredembarra şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Superfinalında Azərbaycan milli komandası Bolqarıstan yığması ilə qarşılaşıb. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, millimiz 7:2 hesabı ilə qələbə qazanıb.
Comərd Baxəliyevin het-trik, Zeynal Zeynalovun dubl etdiyi oyunda hərəyə bir dəfə Orxan Məmmədov və Asif Zeynalov fərqlənib.