
O bildirib ki, ölkə yığmasının sentyabrın 3-də Paraqvayla yoldaşlıq görüşünə və sentyabrın 8-də Slovakiya ilə keçirəcəyi 2016-cı il Avropa çempionatının seçmə qrup matçına satılan hər bir biletdən 5 qriven ayrılaraq, Ukrayna ordusunun ehtiyaclarına yönləndiriləcək: "Biz milli futbolun maraqlarını təmsil və müdafiə edən təşkilatçılar kimi ordumuza köməyi Vətən qarşısında borc sayırıq".
"Ukraina futbol interneyşnl"ın idarə heyətinin sədri Vladimir Laşkul isə bilet satışından toplanan vəsaitin Silahlı Qüvvələrə müxtəlif ləvazimatların alınmasına sərf olunacağını söyləyib. O, daha öncə Ukraynanın gənclər yığması ilə "Çerkassı Dnepr"i arasındakı matça bilet satışı və sponsorların ödəmələrindən 800 min qriven toplandığını və bu vəsaitin də hərbi məqsədlərə xərclənəcəyini əlavə edib.