
Bakıda təlim-məşq toplantısında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama matçı keçirəcək. Sportnet.az-ın məlumatına görə, rəqib AZAL komandası olacaq.
Saat 18:00-da başlanacaq qarşılaşma "Bayıl Arena"da oynanılacaq. Bu oyun yığmamızın sentyabrın 3-də İsraillə Bakıda, sentyabrın 9-da isə Portuqaliya ilə Ri-Mayor şəhərində keçirəcəyi Avropa çempionatının seçmə qrup matçlarına hazırlıq xarakteri daşıyacaq.