Ali futbol qurumundan bildirilib ki, futbolçular, azarkeşlər və rəsmi nümayəndələrin sağlamlığı prioritet olsa da, Ümumdünya Səhiyyə Təşkilatı Mərakeşdə Ebola halı aşkarlamayıb. Bu səbəbdən, çempionatın keçirilmə yerini dəyişdirməkdən danışmaq üçün əsas yoxdur.
Epidemiya qışda Qvineyadan qonşu Syerra-Leone və Liberiyaya yayılıb. Vaksin və dərmanı olmayan təhlükəli xəstəlik 2473 nəfərdə aşkarlanıb. Onlardan 1350 nəfəri ölüb.
Qeyd edək ki, dünya çempionatı dekabrın 20-dək davam edəcək.