1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Samir Abasov: “Bu oyun göstərdi ki, avrokubokdan danışmaq tezdir”
"Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXI turunun açılış matçında "Qarabağ”a 0:4 hesablı məğlubiyyətdən sonra mətbuat konfransına qatılıb. Sportnet.az-ın məlumatına görə, 39 yaşlı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb.
- Bu oyun "Sumqayıt”a bir cavab oldu. Arzuladığımız bir şey var, bir də reallıq. Avroliqa haqda düşünürdük. Bugünkü oyun göstərdi ki, avrokubokdan danışmaq tezdir. Oyun ərzində elə epizodlar oldu ki, məni susmağa vadar etdi. İnanmıram ki, gələcək turlarda belə oynayacağıq. Bu oyundan sonra 4-cü yer haqda düşünmək belə, istəmirik. Bu baş versə, təsadüfə bağlayarsınız.
- Bu gün sistemi dəyişdiniz, 4 müdafiəçi ilə oynadınız...
- Beş müdafiəçi ilə oynadığımız kubok oyunun yada salın, 6 qol buraxmışdıq. Sistemi bir qırağa qoyun, uşaqlar həyəcanlı idi.
- Adətən sərkərdəsi həyəcan keçirdən əsgər qorxur. Rəqibdən çəkinirdiniz?
- Xeyr, qətiyyən. Ancaq belə alındı. Uşaqlar elə səhvlər etdi ki, deməyə söz yoxdur.