1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadıqov: "Ona dedim ki..." - MÜSAHİBƏ
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXI turunda "Sumqayıt"a səfərdə 4:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra müsahibə veirb. Sportnet.az-ın matçda olan əməkdaşının məlumatına görə, təcrübəli müdafiəçi əvvəlcə oyunu dəyərləndirib...
- Yaxşı oyun keçdi. Üç xal qazandıq. Bu, bizim üçün önəmli idi. Yaxşı oyunla qalib gəldik.
- Oyunu sonadək davam etdirmədin. Zədəli idin, yoxsa?
- Yox. Sadəcə, məşqçilər qorumaq məqsədi ilə məni əvəzlədilər. 5 gün sonra millimizin oyunudur. Sıx qrafik nəzərə alındı.
- Keçən oyunda azarkeşlərlə aranda problem olmuşdu. Problem nə idi?
- "Qarabağ"da hamı bir ailə kimidir. Komandada ilk gündən belə mehribanlıq olub. Buna görə də azarkeşlərə yaxınlaşdım. Öncə "İmarət" fan-klubu ilə dialoq oldu. Tunelə girəndə bir gənc oğlan sərt şəkildə tənqidlər səsləndirirdi. Ona etirazımı bildirdim ki, nə olub, belə tənqid etməyə ehtiyac yoxdur. Udarsan da, uduzarsan da. Oyundan sonra aramızda mehribanlıq oldu. Baxırsan, ailənin içində də hərdən söz-söhbətlər olur. Düşünürəm ki, "İnter"lə həmin matçdan sonra daha da möhkəmləndik. Futbolçular və azarkeşlər arasında bağlarımız da qüvvətləndi.
- Komandanız son zamanlar "dişsiz" oynayır, əvvəlki oyun üslubuna qayıda bilmir. Bunun səbəbi nədir?
- Mən sizinlə razı deyiləm. Buna görə səbəbini deyə bilməyəcəyəm.