1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin futbolçusu: "Ön xətdə də ola bilərəm"
"Bu, "Qəbələ”nin əsas heyətində 2-ci qolum idi. Qol epizoduna gəlincə isə bilirəm ki, bəzən belə hallarda qapıçılar səhv edir. Yenə xətanın olmasını gözləyirdim. Elə oldu ki, top da düz qarşıma düşdü. Mən də imkandan yararlanıb boş qapını nişan aldım”.
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"Nin futbolçusu Tellur Mütəllimov "İnter"i 2:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.
22 yaşlı müdafiəçi rəqibin müqavimətini istək hesabına qırdıqlarını bildirib: "İlk yarıda müəyyən səhvlərimiz oldu. Fasilədən sonra bunu aradan qaldırıb, istəyimizə çatdıq. Yaxşı başa düşürdük ki, bizə qol lazımdır. Həmin dəqiqələrdə məqsədimiz qol vurub, hesabı açmaq idi. İkinci hissədə rəqibi istək hesabına məğlub edə bildik”.
III dövrənin son oyunundakı qələbədən sonra liderliyini qoruyan "Qəbələ”nin yetirməsi son matçların önəmini vurğulayıb: "Hər oyuna qalib gəlmək üçün çıxırıq. Çempionatın sonundakı hər görüş böyük əhəmiyyət kəsb edir. Bizim üçün artıq hər matç final xarakteri daşıyır. Çalışacağıq ki, son görüşlərin hamısından 3 xal əldə edib, çempion titulunu qazanaq”.
Martın 9-da Qətərlə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasına dəvət olunan Mütəllimov dəvətə sevindiyini bildirib. Son vaxtlar müdafiəçi kimi çıxış edən futbolçu əvvəllər oynadığı yarımmüdafiədə də bacarığını göstərməyə hazırdır: "Yığmanın baş məşqçisi Robert Prosineçkiyə buna görə təşəkkür edirəm. Məni Qətərlə matçda oynatsa da, oynatmasa da, əsas odur ki, milli komandaya çağırıb. Son vaxtlar artıq müdafiəyə adət etmişəm. Amma ciddi fərqi yoxdur. Hansı mövqedə şans versələr, lap ön xətdə də çıxış edə bilərəm”.