"Portuqaliyada biz həmişə bu günü hədiyyə ilə qeyd edirik. Xanımlara tək hədiyyə yox, həm də çiçək buketi veririk. Axşamlar isə bütün bayramlara xas tərzdə şam yeməyi üçün stol ətrafına yığışırıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Serjio Kosta 8 mart Qadınlar günü ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib. 26 yaşlı yarımmüdafiəçi bildirib ki, bu, Portuqaliyada illərdən bəri davam edən xoş adət-ənənə halını alıb.
Kosta qadınları gül və xoş sözlərlə təbrik etdiyini bildirib: "Mənim həyatımda 3 qadın var, anam, bacım və həyat yoldaşım. Həmişə bu günü onlarla birgə qeyd edirəm. Onlar mənə görə çox dəyərlidirlər. Hədiyyə və güllə yanaşı, təbrikimi xoş sözlərlə də ifadə edirəm. Onların mənim həyatımda necə vacib insan olduqlarını, önəmli yer tutduqlarını söyləyirəm. Bu xanımlar mənim gücüm, dəstəyim və hər şeydə sağ əlimdirlər. Kişiləri qadınlarsız təsəvvür etmək belə çətindir”.