1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AZAL cəzalanan futbolçusunu qovdu
AZAL Alamadine Omeqa Roberts ilə yollarını ayırıb. Sportnet.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəisi Eldəniz Yusifov Azərbaycan Premyer Liqasının XXI turunda "Kəpəz”lə matçda liberiyalı müdafiəçinin yerdə yıxılan rəqibin kamerunlu yarımmüdafiəçisi Julyen Ebahı təpikləməsini səbəb göstərib.
Klub rəsmisi bu hərəkətlə əlaqədar Robertsin komandadan uzaqlaşdırıldığını bildirib. Onun sözlərinə görə, artıq sabah 28 yaşlı oyunçu ilə müqaviləyə xitam veriləcək: "Bu gün iclas oldu, baş məşqçi dedi ki, komandanın nüfuzuna xələl gətirirsən. Oyuncuya yaraşmayan hərəkətlər edirsən. 7 tur ərzində iki dəfə qırmızı vərəqə almısan. Ona görə də komandadan uzaqlaşdırılırsan. Meneceri də bu barədə məlumatlıdır”.
E.Yusifov "təyyarəçilər”in mövsümün sonuna qədər müddəti olan müqaviləni pozduqları üçün təzminat ödəməyəcəyini də əlavə edib: "Futbolçu ardıcıl intizamsızlıqlara yol verirsə və klubun daxili nizam-intizam qaydalarını pozursa, onunla birtərəfli şəkildə vidalaşmaq hüququmuz var”.
Qeyd edək ki, Omeqa Robertsin bu hərəkəti matçın gedişində hakimin gözündən yayınsa da, AFFA-nın İntizam Komitəsi hadisəni cəzasız qoymayıb. "Kəpəz” – AZAL matçının videoyazısını izlədikdən sonra komitə legionerin aqressiv hərəkətini aşkarlayıb. Oyunun 64-cü dəqiqəsində rəqib futbolçuya qarşı edilən bu hərəkət onun 3 matçlıq cəzalanmasına səbəb olub. AZAL isə 2400 manat cərimələnib (apasport.az).