
"Qəbələ” komandasının futbolçusu Sergey Zenyov yenidən Estoniya yığmasına dəvət alıb.
Sportnet.az-ın məlumatına görə, baş məşqçi Martin Reymin milli komandanın mart ayında keçirəcəyi oyunlara çağırdığı 23 futbolçu arasında 28 yaşlı hücumçu da yer alıb.
Estoniya yığması martın 25-də 2018-ci il dünya çempionatının seçmə qrup matçında Kipr millsinin qonağı olacaq. Martın 28-də isə evdə Xorvatiya komandası ilə yoldaşlıq görüşü nəzərdə tutulub.
Qeyd edək ki, 2015-ci ilin yayından "Qəbələ”də çıxış edən S.Zenyov Estoniya yığmasının heyətində 50 oyun keçirib və 9 qola imza atıb.