1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Salukvadzedən Gürcüstana Azərbaycan örnəyi
"Legionerlər olmadan orta Avropa səviyyəsinə yaxınlaşmaq çətin olacaq. Gənc və istedadlı oyunçuları alqışlayıram. Bu yol davam etdirilməlidir. Eyni zamanda komandalar elə legionerlərə malik olmalıdırlar ki, yerliləri öyrətsinlər. Bu, Avropa kuboklarında uğurlu çıxış üçün faydalı olar".
Sportnet.az-ın məlumatına görə, bunu Bakı "İnter"i və Gürcüstan millisinin sabiq futbolçusu Laşa Salukvadze "Lelo" qəzetinə müsahibəsində deyib. Hazırda Tbilisi "Dinamo"sunda çıxış edən 36 yaşlı müdafiəçinin fikrincə, məhz səviyyəli legionerlər sayəsində qitəmiqyaslı turnirlərdə yaxşı nəticə vermək olar: "Azərbaycan, Belarus və Qazaxıstan klubları avrokuboklarda qrup mərhələsində mütəmadi çıxış edirlər. Bilirsiniz niyə? Çünki onların yaxşı legionerləri var. Biz istedadlı futbolçulara malikik və oyun baxımından artırmağa elə də ehtiyac yoxdur. Problem yaxşı legioner seçimindədir. Bizə faydalı olacaq əcnəbi futbolçular lazımdır".
Qeyd edək ki, Laşa Salukvadze "İnter"də 2013 - 2016-cı illərdə çıxış edib.