"Çox gərgin oyun keçdi. Penaltilərdə dəqiq oynadıq və kuboku
qazandığımız üçün çox xoşbəxtəm. İndi gedib rahat yatmaq olar". Bunu Sportnet.az-a
açıqlamasında "Neftçi”nin futbolçusu Bruno Bertuççi deyib.
Cari mövsüm çempionatdakı uğursuzluqlarından da danışan braziliyalı müdafiəçi fikrini belə izah edib: "Premyer Liqadakı oyunlar çox çətin keçir. Ötən mövsüm biz çempion olduq, amma bu il çox çətin idi. Çünki hamı qələbə qazanmaq istəyirdi. Yenə də kuboku qazandığımız üçün çox xoşbəxtəm. "Qarabağ”ı da çempionluq münasibəti ilə təbrik edirəm. "Qarabağ” çox güclü komandadır”.