
Azarkeşlərdən xahiş olunub ki, biletləri oyun günü yox, daha tez əldə etsinlər. Biletlər Tofiq Bəhramov adına Respublika stadionunun və "Bakcell Arena”nın kassalarında satılır. Bir azarkeş 5 və ya daha artıq sayda bilet aldıqda şəxsiyyət vəsiqəsinin əslini və surətini kassaya təqdim etməlidir.
Qeyd edək ki, Respublika stadionunda keçiriləcək "Neftçi” – "Partizan” matçı saat 21:00-da başlanacaq.