Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "İnter" - "Qəbələ" matçını izləyənlər arasında meydan sahiblərinin sabiq prezidenti Rəşad Qasımov da var.
Sportnet.az-ın məlumatına görə, keçmiş funksioner hazırda davam edən görüşü tribunadan izləyir. Ümumiyyətlə, R.Qasımov "İnter"in əksər ev oyunlarına stadionda baxır.
Qeyd edək ki, Rəşad Qasımov ötən ilin oktyabr ayında "İnter"in prezidenti postundan istefa verib.