1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Svanadze: “Qolları həddiyə edəndən sonra uşaqlar “sındı”
"İnter” klubunun baş məşqçisi Zaur Svanadze Azərbaycan Kubokunun ilk yarımfinal ev matçında "Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları matçın ardından mətbuat konfransına qatılıb. Sportnet.az-ın məlumatına görə, 59 yaşlı gürcüstanlı mütəxəssis əvvəlcə oyunu şərh edib, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- İlk yarıda pis oynamadıq, 2-3 qol vəziyyəti yaratdıq və onlardan 1-dən yararlandıq. Ancaq fasilədən sonra alınmadı. O cür qolları həddiyə edəndən sonra uşaqlar "sındı”. Belə durumda "Qəbələ” kimi komandaya qarşı oyamaq çətindir. Hesab daha da böyük ola bilərdi. Qarşıda çətin görüşlərimiz var, onlara hazırlaşmalıyıq.
- Kubok mübarizəsi "İnter” üçün bitdi?
- Çalışacağıq cavab matçında əlimizdən gələni edək. Lakin çox çətin olacaq. Çünki bizim ehtiyat oyunçular skamiyamız kasaddır.
- Sanki müdafiəçilər yuxulu görünürdü...
- İlk hissədə pis oynamadılar. Ancaq fasilədən sonra kobud səhvlərə yol verdilər.
- "İnter” çempionatda "Qəbələ”yə qarşı yaxşı oynayıb, lakin bu gün fərqli alındı. Bu, qonaqların kuboka daha çox önəm verməsi ilə bağlıdır?
- Komandamız həqiqətən zəifləyib. Qış fasiləsində aparıcı futbolçularımızı itirdik. Bizim heyətlə bağlı problemlərimiz çoxdur. Əvvəl dayaq yarımmüdafiəsi mövqeyində Ruslan Abışov çıxış edirdi. İndi vəziyyət fərqlidir. Buna rəğmən, ölkə çempionatında işlərimiz pis getmir.
- Zurab Xiznaşvilinin əsas heyətdə yer almaması nə ilə bağlı idi?
- O, bir neçə məşqi buraxmışdı. Bu səbəbdən fasilədən sonra meydana girdi.
- "İnter”dəki problemləri nəzərə alsaq, yorulmusunuzmu? Mahmud Qurbanovun sizi əvəzləyəcəyi ilə bağlı xəbərlər dolaşır...
- Əsas məqsəd Avropa Liqasına vəsiqə qazanmaqdır. Baş məşqçi postu ilə bağlı dediyiniz məsələdən xəbərim yoxdur. Nə qərar verəcəklərsə, elə də olacaq. Mövsümün sonlarıdır, hamı yorulub.