1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Premyer Liqa klubuna transfer qadağası
Rusiya Futbol İttifaqının Mübahisəli Məsələlərin Həlli Palatası Premyer Liqada mübarizə aparan "Tom" klubunu cəzalandırıb.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın məşqçisi Viktor Sebelyova olan əmək haqqı borcu ödənilmədiyi üçün Tomsk təmsilçisinə yeni futbolçuları qeydiyyatdan keçirməsi qadağan olunub.
Təşkilat "Tom" klubunun qarşısında əmək müqaviləsinə uyğun olaraq, V.Sebelyova əmək haqqı, mükafat, həmçinin gecikməyə görə faiz borcları ödəməsi öhdəliyi qoyub. Palata bu qadağanı yalnız o halda götürə bilər ki, klub öhdəliklərini yerinə yetirsin.
Qeyd edək ki, "Tom" 20 turdan sonra 12 xalla sonuncu - 16-cı pillədə qərarlaşıb.