
"Neftçi" klubu Serbiya "Partizan"ı ilə keçirəcəyi Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşünə bilet satışı ilə bağlı növbəti açıqlama yayıb. Sportnet.az-ın məlumatına görə, klubun rəsmi saytı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşmaya son iki gün ərzində 8 mindən artıq biletin satıldığını yazıb.
Flaqman azarkeşlərdən bir daha xahiş edir ki, "qara bazar"da bilet satışının qarşısını almaq və kassalar önündə sıxlığın yaranmaması üçün biletləri mümkün qədər tez əldə etsinlər.