Türkiyə Super Liqasında XXVII tura "Başakşehir" - "Qalatasaray" matçı ilə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, İstanbuldakı Fatih Terim stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. İlk 3 qolu Emmanuel Adebayor (dəq. 11; 44; 57), sonuncusunu isə Mustafa Pektemek (dəq. 86) vurub. Görüşü FİFA referisi Cüneyt Çakır idarə edib.
Bu qələbə sayəsində xallarını 56-ya çatdıran "Başakşehir" 61 xalı olan lider "Beşiktaş"ı təqib etməkdə davam edib. 49 xalı olan "Qalatasaray" isə özündən 1 xal irəlidəki "Fənərbağça"dan sonra 4-cü pilləyə düşüb.