
Avstriyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yoldaşlıq oyunu keçirib. Sportnet.az AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, "SV Kapfenberg " (Avstriya) klubunun U-17 komandası ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə qazanıb.
Komandamızın hər iki qolunu Fərid Nəbiyev vurub.
Komandamızın hər iki qolunu Fərid Nəbiyev vurub.
Qeyd edək ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda yığmamız Avstriyanın "Simmering" klubunun U-16 komandasını 7:0 hesabı ilə məğlub etmişdi.